media-formulaa

Bu il Formula 1 Azərbaycan Qran-Prisi 56 telekanal vasitəsilə canlı yayımlanacaq.

ERAmedia xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından bildirilib.

Yarışın yayımını “Sky Sports”, ESPN, “beIN Sports”, DAZN, TSN, “Canal+”, “Apple TV” və digər telekanallar həyata keçirəcək.

Azərbaycanda isə yayım hüququ “İdman Azərbaycan” telekanalına məxsusdur.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər