Formula 2 Azərbaycan Qran-Prisində - İkinci sıralama turu başa çatıb
Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb.
ERAmedia xəbər verir ki, “Rodin”in pilotu Martinius Stenşorne birinci, onun komanda yoldaşı Aleks Dann ikinci, “İnvicta”nın sürücüsü Rafael Kamara üçüncü olub.
Birinci sıralama turunda ən yaxşı nəticəni A.Dann göstərib.
Bu gün, həmçinin saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
***

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.
ERAmedia xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəyə “Art Grand Prix”in hindistanlı pilotu Kuş Maini imza atıb.
“Rodin” komandasından irlandiyalı pilot Aleks Dan ikinci, “Campos”un sürücüsü Nikola Tsolov üçüncü olub.
Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.










