media-videoedited
media-jthop9dwbyddwsx1nzij6hskcsweeitjw0oiisy3_825
media-shehidler_olmez_baner_full

Dünya çempionatı-2026-nın seçmə mərhələsində D qrupu çərçivəsində Azərbaycan milli komandasının Fransa seçməsinə qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb.

ERAmedia xəbər verir ki, matçda ədaləti norveçli referi Rohit Saqi qoruyacaq. Ona Yorqen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək. VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad olacaq.

Qeyd edək ki, Fransa – Azərbaycan görüşü oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutacaq. Saat 22:45-də start götürəcək qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər