media-videoedited
media-17601281303852354930_1200x630
media-shehidler_olmez_baner_full

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başa çatıb.

ERAmedia xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqibin heyətində qolları Kilian Mbappe, Adrien Rabyo və Floryen Toven vurublar.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edib.

Üç turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər