“Fransa sevgisi” SALATI
- Dadlı TAM İLƏ
Bişmiş toyuq filesi – 300 q
Soğan – 2 ədəd
Yüngül kişmiş – 1 stəkan
Bişmiş yerkökü – 1-2 ədəd
Pendir – 50 q
Qoz – 1 stəkan
Portağal – 1-2 ədəd
Şəkər
Duz
Mayonez
Bütün inqrediyentləri qat-qat düzün.
1-ci qat: Xırda doğranmış qaynadılmış toyuq döşü
2-ci qat: Turşu soğan (yarım halqalar, bir az şəkər və duz, bir damcı sirkə, üzərinə qaynar su tökün)
3-cü qat: Buxarda bişmiş kişmiş
4-cü qat: Sürtgəcdən keçirilmiş yerkökü
5-ci qat: Sürtgəcdən keçirilmiş pendir
6-cı qat: Doğranmış qoz-fındıq
Hər qata mayonez çəkin.
Üst hissəsini doğranmış portağallarla bəzəyin.
Tamilla Manaf










