Futzal millimiz Gürcüstanı məğlub edib
Dünya çempionatının əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması yoldaşlıq oyunu keçirib.
ERAmedia xəbər verir ki, Tbilisi Olimpiya Sarayında baş tutan matçda Gürcüstan yığması ilə qarşılaşan çexlər 3:2 hesablı qələbə qazanıblar. Hesabı Kunster açıb. Millidə debüt edən Bişko fərqi 2 topa çatdırıb. Daha sonra meydan sahibləri ardıcıl 2 qol vurmaqla tarazlığı bərpa ediblər. Lakin Drozd dəqiq oynamaqla sona yaxın komandasına qələbə qazandırıb.
Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 10-da, saat 19:00-da, eyni arenada keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi Çexiya yığması ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda qarşılaşacaq.









