Füzuli rayonunda açıq ərazidə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdək ERAmedia-ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.









