media-d26gsigwj4obxfn9m4bubeipzrde3cmxqcoaf6bs_1200

Füzuli rayonunun Qaraxanbəyli kənd sakini İsmayıl İsmayılov təsərrüfatında silsilə yanğınların törədildiyini iddia edir. Onun sözlərinə görə, son dörd ay ərzində təsərrüfatında ümumilikdə altı yanğın hadisəsi baş verib.

ERAmedia Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıl İsmayılov hazırda Qayıdış qəsəbəsində məskunlaşıb. O bildirib ki, ailə üzvləri və yaxınları ilə birlikdə xırdabuynuzlu heyvan təsərrüfatı ilə məşğuldur.

Təsərrüfat sahibinin sözlərinə görə, ardıcıl şəkildə baş verən yanğınlar nəticəsində ona külli miqdarda maddi ziyan dəyib. Son dörd ayda altı yanğın hadisəsinin qeydə alınması ailənin narahatlığını daha da artırıb.

İsmayıl İsmayılov qeyd edib ki, sonuncu yanğınlar ötən ilin dekabr ayının 29 və 31-də, eləcə də bu il yanvarın 1-də baş verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis orqanlarına Füzuli rayon sakinlərindən şikayət ərizələri daxil olub. Polis əməkdaşları tərəfindən vətəndaşların izahatları alınıb, müvafiq prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcəyi bildirilib.


media-adspc

Bənzər xəbərlər