media-videoedited
media-tia_62c38a2c11cd9166f2c44bc2595176ca_jf6138sr4toiyvlhe5xn
media-shehidler_olmez_baner_full

VAQİF  ABDULLAYEV

Siyasi elmlər doktoru, professor

Düşənbə… 09 oktyabr 2025… Dünyanın “nəhəng imperiyaları”ndan birinin rəhbəri Vladimir Putin ilə Cənubi Qafqazın lideri, Azərbaycanın son 200 illik tarixinin qalibiyyət sərkərdəsi İlham Əliyev arasında keçirilən təkbətək görüş…
… Təkbətək görüşdə təklənmiş, tənhalanmış Rusiya Prezidenti…
… Və təkbətək görüşün tək Lideri Azərbaycan Prezidenti…
Düşənbə sarayında görüş otağına doğru addımlayan liderlərin fiziki qamətindən, siyasi duruşundan da hiss olunurdu ki, İlham Əliyev möhtəşəm və möhtərəm, praqmatik dayanışı, nikbin baxışları ilə qalib lider təsəvvürü bağışlayır.
Son 2 ilə qədər az qala dünyaya meydan oxuyan, təkəbbürlü və özündənrazı Vladimir Putin isə kiçilmiş, çarəsizləşmiş və aciz görkəmi ilə diqqəti cəlb etdi.
Putin bu duruşu və baxışları ilə 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Ermənistanın baş naziri Paşinyanın Cənab İlham Əliyevlə görüşləri zamanı yaşadığı çarəsiz duruşu, sarsıntını xatırladırdı. Sanki xəcalətli və günahkar şagird obrazı canlanırdı.
Rusiyanın dövlət başçısı çıxışının 90 faizini təyyarə qəzası ilə bağlı təkrar-təkrar üzrxahlığa həsr etməklə, əslində həqiqətən də günahlarını və çarəsizliyini etiraf etmiş oldu, əvvəlki görüşlərdəki geniş çıxışlarına qayıda bilmədi.
Putin İlham Əliyevin şux və müdrik duruşu, baxışları qarşısında bundan artıq danışa da bilməzdi.
… Putin Azərbaycanın liderinin tələblərinə əməl edəcəyini bildirməklə rəsmi Bakının qətiyyəti qarşısında hesablaşmalı olduğunu təsdiqlədi.
… Düşənbə görüşü Putinin və Kremlin Azərbaycandan üzrxahlıq görüşü, qoca imperiyanın yol verdiyi səhvlərin bağışlanaması üçün təşkil edilmiş fürsət kimi dəyərləndirilə bilər.
… Bir sözlə, Düşənbədə söz tapa bilməyən düşünən Vladimir Putin, əzəmətli baxışları ilə düşündürən İlham Əliyev oldu.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər