media-1562591979_45b67b73-8af1-4faa-a2c3-83013a847e41
media-bant_master

Gədəbəydə qətl hadisəsi baş verib.

ERAmedia APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanıb və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.

Əraziyə prokurorluq və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər