media-1787462190_6a8a79f81d41e6a8a79f81d41f17874600886a8a79f81d4106a8a79f81d411

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia apa.az-a istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb.

Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər