Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
Kəlbəcər şəhərində üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur.
ERAmedia xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O bildirib ki, hazırda layihələr yekunlaşaraq ekspertiza mərhələsindədir.
Qeyd olunub ki, ikinci yaşayış məhəlləsi 182, üçüncü yaşayış məhəlləsi 476, dördüncü yaşayış məhəlləsi isə 870 mənzildən ibarət olacaq.
Bəşir Hacıyev deyib ki, yaşayış məhəllələri su, qaz, elektrik enerjisi və sürətli internetlə təmin ediləcək.









