media-azerbaijan-money-manat-high-quality-600nw-2596626079
media-bant_master

2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Bu barədə ERAmedia Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

“O cümlədən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olacaq”, – deyə komitə sədri əlavə edib.


media-adspc

Bənzər xəbərlər