media-17895771525372013375_1200x630

Azərbaycan Respublikasının “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Maliyyə Nazirliyindən ERAmedia-ya bildirilib ki, sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baxışlarını əks etdirir.

Büdcə prosesinin növbəti mərhələlərində – 2027-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək qeyd olunan parametrlərə dəyişikliklərin edilməsi mümkündür.


media-adspc

Bənzər xəbərlər