media-c3c327cf-604c-41de-a67b-fa40c2773ada

Gənc şair və bəstəkar Rövşanə Xavəri yeni yaradıcılıq nümunələri ilə dinləyicilərin qarşısına çıxıb.

ERAmedia xəbər verir ki, sənətçinin “Bal dodaqlar” və “Həyat mübarizədir” adlı yeni mahnıları artıq YouTube platformasında yayımlanaraq geniş auditoriyaya təqdim olunub. Qısa müddət ərzində dinləyicilərin marağına səbəb olan bu ifalar sosial şəbəkələrdə də müzakirə olunmağa başlayıb.

Məlumata görə, hər iki mahnının sözləri və musiqisi müəllifin özünə – Rövşanə Xavəriyə məxsusdur. Bu isə onun yaradıcılığında fərdi üslubunu və daxili dünyasını birbaşa ifadə etməsinə imkan yaradır.

Qeyd edək ki, gənc sənətçi mütəmadi olaraq yeni layihələrlə çıxış etmək niyyətindədir və müasir Azərbaycan musiqisində öz yerini möhkəmləndirməyə çalışır. Yeni mahnıların da dinləyicilər tərəfindən necə qarşılanacağı maraq doğurur.

Vüsalə

 


media-adspc

Bənzər xəbərlər