media-633fee61aa94c633fee61aa94d1665134177633fee61aa94a633fee61aa94b
media-bant_master

Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Bu barədə ERAmedia-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

“Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, dünən Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri dönərdən zəhərləniblər.


media-adspc

Bənzər xəbərlər