media-gence

Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 ERAmedia “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Belə ki, “Opel”, “Ford” və “Hyundai” avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Səyyarə Məmmədova və 1996-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

 


media-adspc

Bənzər xəbərlər