Gəncəli uşaqların 1962-ci ilə aid fotosu maraqla qarşılandı

1962-ci ildə Gəncədə çəkilmiş uşaqların milli rəqs çıxışını əks etdirən tarixi foto sosial şəbəkələrdə paylaşılıb.
ERAmedia xəbər verir ki, fotoda milli geyimdə səhnəyə çıxan oğlan və qız uşaqlarının rəqs ifası, eləcə də onları müşayiət edən nağaraçı və alqışlayan həmyaşıdları əks olunub.
Paylaşım qısa zamanda istifadəçilərin diqqətini cəlb edib və çoxsaylı bəyənmə ilə şərhlər toplayıb. Sosial şəbəkə istifadəçiləri fotonu Azərbaycanın zəngin folklor ənənələrinin və milli-mədəni irsinin dəyərli nümunəsi kimi qiymətləndiriblər.
Ağ-qara kadr 1960-cı illərin Gəncəsində uşaqların milli musiqi və rəqs ənənələrinə necə bağlı olduqlarını, həmin dövrün mədəni həyatını və səhnə fəaliyyətini əks etdirən qiymətli tarixi sənəd kimi maraq doğurur. Paylaşım nostalji hisslər oyadaraq, keçmiş nəslin mədəni irsinin qorunmasının vacibliyini bir daha gündəmə gətirib.
Əli Fərhad








