media-whatsapp-image-2026-10-09-at-00-25-09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gənclər və İdman Nazirliyi ilə dayanıqlı və ölçülə bilən əməkdaşlıq üçün təkliflər irəli sürüb.

ERAmedia xəbər verir ki, Ramin Məmmədov gənclər üçün dini savadlılıq və media savadlılığını birləşdirən təlim proqramlarının hazırlanmasını təklif edib.

“Gənclər arasında milli-mənəvi dəyərlər, dini savadlılıq və düşüncə təhlükəsizliyi mövzusunda birgə maarifləndirici proqramlar həyata keçirə bilərik. Digər tərəfdən, gənclərin real informasiya davranışını nəzərə alaraq, klassik tədbirlərlə yanaşı, sosial media və rəqəmsal platformalar üçün müasir məzmunlar hazırlamaq da olar. Burada əsas prinsip formal tədbirlər keçirmək deyil, gənclərin gündəlik istifadə etdikləri informasiya məkanında onlarla düzgün kommunikasiya qurmaq olmalıdır. Gənclər üçün dini savadlılıq və media savadlılığını birləşdirən təlim proqramları hazırlamaq mümkündür”.

R. Məmmədov, həmçinin dini icmaların və din xadimlərinin gənclərlə iş imkanlarının genişləndirilməsini təklif edib.

“Bütün bunlar üçün gənclərlə kommunikasiya, rəqəmsal mühit, psixologiya və sosial çağırışlar, radikallaşmanın ilkin əlamətləri və preventiv maarifləndirmə üzrə onların bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyət həyata keçirmək olar. Gənclərin milli-mənəvi dəyərlərlə bağlı təşəbbüslərini dəstəkləyən birgə layihə və müsabiqələr təşkil etmək mümkündür. Xüsusilə gənclərin özlərinin məzmun istehsalçısı kimi iştirak etdiyi layihələr daha effektiv ola bilər. Milli-mənəvi dəyərlərin yalnız tarixi irs kimi deyil, müasir həyat tərzində özünü göstərən davranış və münasibətlər sistemi kimi təqdim edilməsinə diqqət yetirməliyik. Çünki dəyər yalnız haqqında danışılan anlayış deyil, gündəlik həyatda davranışa çevrildikdə real məna qazanır. Bu istiqamətdə görülən işlərin nəticələrini qiymətləndirmək üçün birgə monitorinq və təhlil mexanizmləri formalaşdırmaq olar. Çünki müasir dövlət idarəçiliyində yalnız tədbirin keçirilməsi deyil, onun hansı nəticəni yaratdığı əsas göstəricidir”.


media-adspc

Bənzər xəbərlər