media-photo_5199683096297541688_w

Amerika Birləşmiş Ştatları, Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı fəaliyyəti həyata keçirdiyi iddiası ilə bir gəmiyə zərbə endirib.

ERAmeidia xəbər verir ki, ABŞ-ın Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial media platformasındakı hesabında hücumla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, ABŞ-ın müdafiə naziri Pit Heqsetin göstərişi ilə Şərqi Sakit okeanda əvvəlcədən müəyyən edilmiş narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət etdiyi və narkotik qaçaqmalçılığı fəaliyyəti ilə məşğul olduğu iddia edilən bir gəmiyə hücum təşkil edilib.

Kəşfiyyat məlumatlarının sözügedən gəminin narkotik qaçaqmalçılığı fəaliyyətində iştirak etdiyini təsdiqlədiyi qeyd olunan açıqlamada hücum nəticəsində iki nəfərin öldüyü bildirilib.

Paylaşımda həmçinin həmin hücuma aid görüntülər də yer alıb.

ABŞ ordusunun son dövrlərdə Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı etdikləri iddiası ilə bəzi qayıqlara hücumlar təşkil etməsi və içəridə olan şəxsləri birbaşa hədəf alması beynəlxalq ictimaiyyətdə “məhkəməsiz edam” müzakirələrinə səbəb olur.

Vural


media-adspc

Bənzər xəbərlər