Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy” başa çatıb.
ERAmedia xəbər verir ki, Milli Gimnastika Arenasında iki gün davam edən turnirdə 6 ölkədən 66 gimnast medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışı 6 mükafatla başa vurub.
Batut gimnastikası üzrə qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl, fərdi proqramda Selcan Mahsudova gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, kişilərdə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü bürünc medal qazanıb.
Tamblinq üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş mükafata sahib çıxıb.
***
Tamblinq gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bakıda keçirilən Dünya Kubokunda daha iki medal qazanıblar.
ERAmedia xəbər verir ki, Mixail Malkin 29,800 xalla qızıl, Tofiq Əliyev isə 29,300 xalla gümüş mükafata sahib çıxıb.
Daha əvvəl batut gimnastı Selcan Mahsudova fərdi proqramda ikinci olub.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.










