media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-ygxx3srrjjqhoti1pikt5qn7zbt5j1ue0gzmolul_1200
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Braziliyalı skeytbordinq üzrə altıqat dünya çempionu Sandro Dias 22 mərtəbəlik tramplindən sürüşərək iki dünya rekorduna imza atıb.

ERAmedia xəbər verir ki, bu barədə “Red Bull” şirkətinin Mətbuat Xidməti məlumat yayıb. Əfsanəvi idmançı Braziliyada yerləşən 75 metr hündürlüyündəki “Centro Administrativo Fernando Ferrari” binasının kənarı boyunca quraşdırılmış tramplindən eniş edib. Sürüşmə zamanı Dias 100 km/saatdan artıq sürət yığıb. Təhlükəsizliyi təmin etmək üçün xüsusi qoruyucu tədbirlər görülüb.

Bu nailiyyətlərin “Ginnesin Rekordlar Kitabı”na daxil ediləcəyi bildirilib.

Qeyd edək ki, 50 yaşlı Sandro Dias, həmçinin nüfuzlu “X Games” yarışlarının üçqat qızıl medalçısı və dəfələrlə mükafatçısıdır.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər