Goranboyda ailə FACİƏSİ
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia “Unikal”a istinadən xəbər verir ki, Nadirkənd kəndi ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü, Kələk kənd sakini 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynov həlak olub.
Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynova isə müxtəlif xəsarətlər alıblar.
01.01.2026-cı il tarixində saat 23:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərdən 2 nəfərə (qadın) zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü yeniyetmənin ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.










