media-2vkmiret2yswc0fdloco43n11ki07x2txabhicia_1200

Goranboy şəhərinin 500-600 metrliyində yerləşən Qarasüleymanlı kənd yolunda yaranan gölməçələr, dizə çıxan palçıq insanları narahat edir.

Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyirlər.

 

 

“Yollarımız bərbad vəziyyətdədir. Yağış yağanda uşaqlarımız günlərlə məktəbə gedə bilmirlər. Deyəsən, bu kənd yaddan çıxıb” , – sakinlərdən biri narazılığını ifadə edib.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qarasüleymanlı kənd yolunun 2026-cı ildə təmir olunması nəzərdə tutulub.


media-adspc

Bənzər xəbərlər