Gözlənilən HƏBSİN tarixçəsi

Artıq Nikolas Maduro ABŞ-ın Luiziana ştatındakı fermalardan birində saxlanılır. Uqo Çaves hökumətində xarici işlər naziri və Venesuelanın vitse-prezidenti vəzifələrində çalışan, 2013-cü il aprelin 19-dan Venesuela Bolivar Respublikasının prezidenti elan olunan Maduronun yeri barədə məlumat verən şəxsə ABŞ tarixində ən böyük məbləğdə pul mükfatı – 50 milyon ABŞ dolları vəd edilmişdi.
Bu barədə ERAmedia–ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov hesab edir ki, bu il yanvar ayının 3-dən sonra ABŞ elit ordusunun Delta Qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyat zamanı ələ keçirilən Maduro artıq məhkəməsini gözləyir.
Həyat yoldaşı Cilia Flores ilə “yataq otaqlarından çıxarılan” və hərbi USS Iwo Jima gəmisinı vertolyotla aparılılan Maduro, gəmi ilə də Ştatlara aparılıb.
Ekspert, Səddam Hüseyndən sonra ABŞ xüsusi təyinatlıları tərəfindən həbs olunan Maduro və xanımının narkotik qaçaqmalçılığı, habelə digər cinayətlərin təşkilində ittiham olunduqlarını, ümumilikdə onları dörd ömürlük həbs cəzası gözlədiyini bildirir.
Əməliyyatın aktiv mərhələsindən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentləri tərəfindən oktyabrın 16-dan onlara verilən səlahiyyətlər çərçivəsində hərəkət edərək dövlət başçısının harada olduğunu hər an izləyə biliblər.
2025-ci ilin noyabr ayında ABŞ tərəfindən Venesuela rəhbərliyi ilə əlaqəli olan “Günəşlər Karteli”ni narkotik qaçaqmalçılığında ittiham olunmuşdu.
Rəsmi Karakas prezidentin saxlanılması ilə bağlı məlumatları təkzib edib. Vitse-prezident Delsi Rodrigez Maduro və həyat yoldaşının “itkin düşdüyünü” təsdiqləyib və onların sağ qalmasının sübutunu tələb edib. Ölkənin müdafiə naziri Vladimir Padrino Lopes isə “Ölkəsinin silahlı qüvvələrinin hərbi təcavüzə qarşı cavab verməyə hazır olduğunu” bildirib.
Daha əvvəl, hava hücumları başladıqdan sonra Venesuela ABŞ-ın hərəkətlərini “hərbi təcavüz” kimi qiymətləndirib, Rusiya Xarici İşlər Nazirliyi isə “əbədi müttəfiqinin” həbsini pisləyərək baş verənləri “silahlı təcavüz aktı” adlandırıb. Ekspert, hay-küylü əməliyyatda həbs edilənlərin rəsmi olaraq bu cinayətlərdə ittiham olunuğunu xatırladır: narkoterrorizm törətmək üçün sui-qəsd, kokain idxal etmək üçün sui-qəsd və ABŞ-ı hədəfə götürən terror aktının hazırlanması üçün sui-qəsd.
Əli Fərhad










