Güclü külək sabah gündüz saatlarınadək davam edəcək - AÇIQLAMA
İyulun 27-si səhərdən başlayaraq Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləkli hava şəraiti iyulun 28-i gündüz saatlarınadək davam edəcək.
ERAmedia-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O, həmçinin bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.










