media-yp9xxzmwwlonbdsjvwmgrvz4htakjfxhyu93ul6f_1200

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

ERAmedia bu barədə Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.

Qeyd olunub ki, yarış yekunlarına əsasən, Azərbaycan komandası titulunu qoruyub. Belə ki, iki qızıl, üç bürünc medal qazanan yığmamız 133 xalla yenidən Avropa çempionu olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.


media-adspc

Bənzər xəbərlər