Güləşçilərimiz medallar qazandı
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
ERAmedia xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iranlı Rezai Hasana məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.









