media-17788661951130762708_1200x630

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

 ERAmedia xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.

Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara Blajekoviçə 1:4 hesabla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəkidə yarışan Simurə Abdullayeva isə təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabla uduzub.


media-adspc

Bənzər xəbərlər