media-1783626635_738703913_1744928053594261_551572043638053918_n

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

ERAmedia xəbər verir ki, qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabıyla məğlub olub.

Beləliklə, Qurbanova çempionatın gümüş medalını qazanıb.

Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə “tuş”la qalib gələrək finala yüksəlib.

Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.


media-adspc

Bənzər xəbərlər