media-videoedited
media-guns-falligi-cox-asagi-sviyyd-guns-diski-lksiz-olub-115
media-shehidler_olmez_baner_full

Günəşdə M sinfinə aid güclü partlayış qeydə alınıb.

ERAmedia-nın xəbərinə görə, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. “Oktyabrın 9-da Bakı vaxtı ilə 16:31-də rentgen diapazonunda M2 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər