Günəşdə gün ərzində 5 partlayış olub
Günəşdə M güc sinfinə aid daha üç partlayış baş verib.
ERAmedia xarici KİV-lərə istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Bildirilir ki, o, oktyabrın 18-də qeydə alınmış bu qəbildən beşinci partlayışdır. Sonuncu M1.5 gücündəki partlayış
Bakı vaxtı ilə saat 14:51-də olub və 22 dəqiqə davam edib.