media-videoedited
media-1440684190_gunesqasirga
media-shehidler_olmez_baner_full

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri Günəşdə qeyri-adi böyük protuberansın (Günəşin kənarında çıxıntı şəklində və ya səthində qara “ləkələr” kimi müşahidə olunan plazma kütləsi – red.) meydana gəldiyini bildiriblər.

ERAmedia  bildirir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyası “Telegram” kanalında məlumat yayıb. Alimlər bildiriblər ki, Günəşin şimal-şərqində tamamilə qeyri-adi ölçüdə protuberans formalaşıb. Onların məlumatına görə, Günəş onu hissələr halında fəzaya atmağa çalışır, lakin bu cəhdlər hələ ki, uğurla nəticələnməyib. Tədqiqatçılar qeyd ediblər ki, təxminən 90% ehtimalla protuberans qarşıdakı 24 saat ərzində tam şəkildə atılacaq.

Alimlər, həmçinin aydınlaşdırıblar ki, kütlənin atılması zamanı hissəciklər Merkuriyə təsir göstərə bilər, əgər protuberans Günəşdə daha 3-4 gün qalsa, potensial təhlükə Yerə də yayıla bilər.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər