Gürcüstanda 7 müxalif partiya birləşdiyini elan edib
Gürcüstanın yeddi müxalif partiyası birgə bəyanat yayaraq konsolidasiya elan edib.
ERAmedia APA-ya istinadən xəbər verir ki, sənədi “Axali”, “Girçi – Daha çox azadlıq”, “Droa”, Milli Demokrat Partiyası, Avropalı Gürcüstan, “Azadlıq meydanı” və Federalistlər partiyası imzalayıb.
Bəyanatda bildirilib ki, partiyalar hakimiyyəti xalqa qaytarmaq üçün sona qədər mübarizə aparacaqlar.










