media-videoedited
media-280824-14-gurcustan-secki
media-shehidler_olmez_baner_full

Bu gün Gürcüstanda yerli bələdiyyə seçkiləri keçirilir.

ERAmedia Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb və proses 20:00-dək davam edəcek. Seçici siyahısına 3 milyon 513 818 vətəndaş daxildir. Seçicilər 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini müəyyən edəcəklər.

Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi formada təşkil olunub.

Saat 10-a olan məlumata görə, 275 min 948 nəfər səs verib. Bu da seçicilərin 7,85 faizini təşkil edir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər