Hacıqabulda ağır yol qəzası - Sürücü həyatını itirib
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, qəza KIA və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı KIA-nın sürücüsü, 1989-cu il təvəllüdlü Ağaşirin Zülfüqarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.









