Hakan Fidandan Avropa Birliyi açıqlaması: “Əsas əngəl zehniyyətdir”
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin Avropa Birliyi (AB) üzvlük prosesi və qlobal siyasətin gələcəyi barədə “Sky News Arabia”ya açıqlamalar verib.
ERAmedia xəbər verir ki, Hakan Fidan Türkiyə ilə AB arasındakı ortaq məqamların bu gün hər zamankindən daha çox olduğunu qeyd edb.
XİN rəhbəri üzvlüyün qarşısındakı əsas əngəlin “zehniyyət” olduğunu vurğulayıb.
“Avropa Birliyi Türkiyəyə qarşı mövcud siyasi mövqeyini davam etdirdiyi müddətdə Türkiyənin AB üzvü olacağını düşünmürəm”, – deyə o əlavə edib.
Uzun müddətdir AB-nin namizəd ölkəsi olan Türkiyəni xatırladan Fidan blokun ölkəyə qarşı apardığı siyasəti tənqid edib. Nazir qeyd edib ki, “Avropa Birliyi Türkiyəyə qarşı kimlik siyasəti zehniyyətinə sahib olduğu müddətdə bu, (üzvlük) heç vaxt baş verməz”.
O, prosesin siyasi və mədəni tıxanma içində olduğunu vurğulayıb.
AB-nin struktur inkişafına dair təhlil aparan Fidan birliyin öz daxilində milli sərhədləri aşan bir qurum yaratmağı bacardığını, lakin bunu daha geniş vizyona çevirə bilmədiyini bildirib.
Hakan Fidan AB-nin Türkiyəni “fərqli dinə və fərqli mədəniyyətə aid” gördüyü üçün kənarlaşdırdığını ifadə edib.
Söhbətinin sonunda qlobal problemlərə toxunan nazir insanlığın əsas məsələlərinin həllinin xaric etmə siyasətində deyil, inklüzivlikdə olduğunu vurğulayıb. Onun fikrincə, dünyanın ən böyük ehtiyacı fərqli mədəniyyətlərin bir çətir altında birləşməsi və birlikdə yaşaya bilməsidir.
Vural










