Hakim və hakim-inspektorların siyahısı təsdiqlənib - SİYAHI
AFFA Hakimlər Komitəsinin növbəti iclası keçirilib.
ERAmedia xəbər verir ki, Milli assosiasiyadan verilən məlumata görə, iclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Tədbirin gündəliyinə hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi, AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması, yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi kimi əsas məsələlər daxil edilib.
Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektorların siyahısı rəsmi olaraq təsdiqlənib.
Elit kateqoriyalı hakimlər:
| 1 | Əliyar Ağayev (FIFA) |
| 2 | Elçin Məsiyev (FIFA) |
| 3 | Kamal Umudlu (FIFA) |
| 4 | İnqilab Məmmədov |
| 5 | Rəvan Həmzəzadə |
| 6 | Fərid Hacıyev |
| 7 | Tural Qurbanov (FIFA) |
| 8 | Rəşad Əhmədov |
| 9 | Cavid Cəlilov |
| 10 | Nicat İsmayıllı |
| 11 | Rauf Cabarov |
| 12 | Əli Əliyev |
| 13 | Elvin Bayramov |
| 14 | Kamranbəy Rəhimov |
| 15 | Vüqar Həsənli (yeni) |
Elit kateqoriyalı köməkçi hakimlər:
| 1 | Zeynal Zeynalov (FIFA) |
| 2 | Akif Əmirəli (FIFA) |
| 3 | Elşad Abdullayev (FIFA) |
| 4 | Pərvin Talıbov (FIFA) |
| 5 | Namik Hüseynov (FIFA) |
| 6 | Vüsal Məmmədov (FIFA) |
| 7 | Kamran Bayramov |
| 8 | Müslüm Əliyev |
| 9 | Rahil Ramazanov |
| 10 | Rəhman İmami |
| 11 | Cəmil Quliyev (FIFA) |
| 12 | Eyyub İbrahimov |
| 13 | Şirmamed Mamedov |
| 14 | Zöhrab Abbasov |
| 15 | Teymur Teymurov |
| 16 | Asiman Əzizli (FIFA) |
| 17 | Kərim Zeynalov |
| 18 | Tərlan Talıbzadə |
| 19 | Gülnurə Əkbərzadə (FIFA) |










