Hakimliyə namizədlər test imtahanı verəcək
Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.
Bu barədə ERAmedia-ya Məhkəmə Hüquq Şurasından məlumat verilib. Bildirilib ki, həmin namizədlərlə test imtahanı sentyabrın 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.Buraxılış vərəqəsini əldə etmək üçün son müddət sentyabrın 20-si saat 10-dək müəyyən edilib..
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62