Halva bədəni stressdən qoruyur
- 1001 DƏRDİN DƏRMANI
Halva qaraciyərdə “pis” xolesterolun sintezini azaldan niasin (PP vitamini) ilə zəngindir. Həmçinin stresslə mübarizə aparmağa kömək edən kifayət qədər maqnezium ehtiva edir.
Halva həmçinin yuxu pozğunluğundan əziyyət çəkənlər üçün də faydalıdır. Halvanın hazırlandığı toxumlarda sinir sisteminə faydalı təsir göstərən və yaxşı yuxuya getməyə kömək edən bir çox B vitamini var.
Üstəlik, yeməyin tərkibində bir çox şirniyyatda rast gəlinən ətirləndiricilər, qoruyucu maddələr və rəngləndiricilər yoxdur.
Tamilla Manaf










