media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-resize
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq, bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal edilir.

Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər