Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Piyada keçidlərinə yaxınlaşarkən sürət yol və hava şəraitinə uyğun seçilməli, nəqliyyat vasitəsi vaxtında yavaşıdılmalı və piyadaların təhlükəsiz keçidinə mane olunmamalıdır.
ERAmedia xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, piyadanın yolu təhlükəsiz keçməsi birbaşa sürücünün diqqətindən, məsuliyyətindən və düzgün davranışından asılıdır.
“Sürücülər piyada keçidlərində daha diqqətli olmalı, piyadaların həyat və sağlamlığını üstün tutmalı və yol hərəkəti qaydalarına əməl etməlidirlər”, – deyə o əlavə edib.
Vural









