“Hayasdan” blokunun lideri milli zəmində nifrət təbliğ edir - AÇIQLAMA

“Mən belə çirkli seçki kampaniyası xatırlamıram”. Bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Koçaryan Aparan sakinləri ilə görüşü zamanı bəyan edib.
Bu barədə ERAmedia ilə danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov miqyasından asılı olmayaraq istənilən seçkilərdə alternativlər arasında oxşar atmaca və yaxud ifşaedici fikirlər səsləndirilməsini təbii hal sayır. Robert Koçaryanın dediyi “Mən Ermənistanda çox şey görmüşəm, amma belə bir şeyi heç vaxt görməmişdim. Bunun isə tək bir səbəbi var: məsuliyyətsiz hökumət”,- sözlərini sıradan hadisə sayan ekspert bunla bağlı mövqe bildirməyə lüzum görmür: “Bu barədə o Ermənistan vətəndaşları daha ətraflı danışa bilərlər ki, onlar Robert Koçaryanın 1 mart 2008-ci il hadisələri- prezident seçkilərindən sonra keçirilən kütləvi etiraz aksiyalarının vəhşicəsinə dağıdılması zamanı 8 nəfər mülki dinc etirazçını, 2 nəfər isə hərbi qulluqçunun öldürülməsinə günahkar olduğunu bilirlər”.
Firuz Novruzov o məsələ barədə danışmağı zəruri sayır ki, Koçaryan, milli, dini zəmində nifət yağan fikirlərini beynəlxalq qanunların mahiyyətinə zidd olaraq bu gün də yaymaqda davam edir: “O, (Paşinyan) qışqırır ki, həbs edəcək, əlindən alacaq… Ermənistanın yarısını «casus» etdilər, amma hamımız əsl türk casusunun kim olduğunu çox yaxşı bilirik”.
P.S.: Blok lideri “Türkiyə”, “Azərbaycan” demir, 150 ildir ki, onun kimi insanların sadə xalqın şüurunda “qaniçən”, “erməni qatili” kimi hopmuş “türk”- deyir.
Ural Dəyirmançı









