media-3os5tpl95gpdm94mfq5s8bga1t01jqlm
media-bant_master

media-6f51611133ae4adba8a13c3b8401d9f2

“Sarqsyan-Köçəryan cütlüyünün proyekti olaraq siyasi oyunlara qatılan və iqtidara qarşı “müqəddəs müharibə” elan edən Kilsənin yanında yer alan rusiyalı milyarder Samvel Karapetyan 2025-ci il iyun ayının 18-də xalqa müraciətində “siyasətçilər uğursuz olarsa, kilsəyə qarşı kampaniyaya öz yolu ilə müdaxilə etməyə” hazır olduğunu bəyan edib.

Əlbəttə, Karapetyan nə dediyini yaxşı bildiyi kimi, 7 illik hakimiyyəti dövründə Paşinyan hökuməti də rusiyalı milyarderin “kilsəyə qarşı kampaniyaya öz yolu ilə müdaxilə etməyə hazır olmağın” kod mənasının anlamaqda çətinlik çəkmədi”.

media-19

Bu fikirləri ERAmedia-ya Ermənistanda mövcud içtimai-siyasi gündəmi şərh edən Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib.

O qeyd edib ki: “Karapetyana məxsus “Taşir Qrupu”nun Yerevan ofisində aparılan yoxlamalar irimiqyaslı çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı ağır cinayət tərkibli əməllər aşkarladı. Açılan cinayət işi ilə bağlı istintaqa görə, ancaq Karapetyanın strukturlarına məxsus Ermənistan Elektrik Şəbəkələrinə dəyən ziyanın 2,6 milyard dramdan artıq vəsaət olduğu üzə çıxdı.

İstintaq hərəkətləri nəticəsində yığılan materiallar rusiyalı milyarderin “iqtidarla öz dilində danışmağın” Ermənistanda hakimiyyəti zorla ələ keçirmək olduğunu sübut edirdi.

Bununla bağlı Samvel Karapetyan barədə məhkəmə, 2025-ci il iyunun 18-də həbs qərarı çıxardı. Düzdür, məhkəmə qərarını milyarder özü “Baş nazir Nikol Paşinyan tərəfindən kəskin tənqid edilən Erməni Apostol Kilsəsini müdafiə etməsi” ilə əlaqələndirsə də, istintaq materiallarında təqdim edilən faktlar bunun əksini deyirdi.

Nəticə isə odur ki, ötən müddətdə Rusiya Xarici İşlər Nazirliyinin “Karapetyanın həbsini hüquqi əsaslarla şübhəli” adlandırması da onun barəsindəki həbs qərarını dəyişdirə bilməyib.

Məsəli Samvel Karapetyandan uzaq, azərbaycanlıların ibrətamiz atalar sözlərinin birində deyildiyi kimi, “əri döymüş arvadı bir yandan da it qapır”.

Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Agentliyi (NACP) milyarderi Rusiyanın hərbi əməliyyatlarını “Qazprom”la müqavilə və infrastruktur layihələrində iştirakıyla maliyyələşdirməkdə ittiham edir. Buna görə beynəlxalq sanksiyalara məruz qalan Karapetyanın Fransadakı 132 milyon dollar dəyərində villası müsadirə olunub.

Cənab Karapetyan “hər şeyin deyildiyi kimi olmadığını” ancaq beynəlxalq müstəvidə yox, Ermənistan məhkəmələrində də sübut etməyə çalışsa da, faktlar tamamilə əksini sübut edir.

Onun ətrafında baş verənlər Karapetyan haqqında müxtəlif fikirlər yaratsa da, taşirli milyarderin uzaqgörənliyinə tərəddüd edənlərin sayı çox deyil. Həbsindən iki ay sonra, 2025-ci il avqust ayının 29-da onun həbsxanadan göndərdiyi təlimat əsasında “Taşir Qrup” əməkdaşları (onlar özlərini tərəfdar adlandırırlar) “Sözün düzü” (“Մեր կարծիքով”) ictimai-siyasi hərəkat yaradıblar. Bu gün Ermənistanda gedən prosesləri izləyən bir az diqqətli hər kəs onu müşahidə edə bilər ki, qarşıdakı seçkilərə hazırlıq çərçivəsində fəallıq göstərən “qüvvələrdən biri” “Sözün düzü” hərəkatıdır.

Hər halda, bu ilin fevral ayına olan məlumatda təxminən 4,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlıları arasında 1102-ci yerdə olmaq öz sözünü niyə də deməsin?

Görünür, cənab Karapetyan özünü XXI əsrin Nelson Mandellası kimi görür və 2026-cı il parlament seçkilərindən sonra həbsxana kamerasından birbaşa İrəvanın Respublika Meydanındakı Hökumət Evinə gedəcəyinə arxayınlıq hissini yaradan amil də budur.

O da var ki, reytinqli beynəlxalq təşkilatlar sərvətinin ölçüsünü 100 milyard dollarlarla hesabladığı Vladimir Putin özünü Haaqadan hələ də sığortalaya bilmir”.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər