media-y6sctqcqu25tipk24hovopoxmjepnkwg5agnhg8d_1200
media-bant_master

Baku TV-nin “Qapqara” verilişinin budəfəki qonağı Əməkdar artist Kübra Əliyeva olub.

O, ağır xəstəliklə mübarizəsindən və yaşadığı çətinliklərdən söz açıb:

“Xərçəng idim. Bu xəstəlik evimi yıxmışdı. Amma əməliyyat olundum, sağaldım. Həmin dövrdə yaşadığım çətinlikləri düşmənimə belə arzulamıram. Çox əziyyət çəkirdim. Buna baxmayaraq, həyatı sevirəm. Hər gün Allaha şükür edirəm. Ölümə hazıram. Arzular tükənməz olsa da, həyatın bir sonu var”.

Əməkdar artist, həmçinin itirdiyi oğlu ilə bağlı xatirələrini bölüşüb və gənclərə mühüm tövsiyələr verib:

“Oğlum Raufu heç vaxt unutmaram. O vaxt indiki kimi reabilitasiya mərkəzləri olsaydı, Rauf da sağ olardı. Mənim üç övladım olub. Hamısına eyni tərbiyəni vermişəm. Amma Rauf pis mühitə düşdüyü üçün narkotikə qurşandı. Gənclərə belə insanlardan uzaq durmağı tövsiyə edirəm. Çünki bu yolun geri dönüşü yoxdur. Heç kimə belə övlad arzulamıram”.

 

 


media-adspc

Bənzər xəbərlər