Həkəridə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
ERAmedia-ya Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.










