media-photo_5219989925011330554_w

Son dövrlərdə dini mövzularla bağlı apardığı sosial təcrübələrlə diqqət çəkən avstraliyalı musiqiçi Lili Cey dünya gündəminə düşüb.

ERAmedia-nın məlumatına görə, Cey insanlara “1000 dollar qarşılığında dininizi dəyişərdinizmi?” sualını verib.

Sosial təcrübədə müxtəlif dinlərə mənsub insanlarla görüşən Cey onlara “1000 dollara müsəlman olmağı qəbul edərsinizmi?” sualını yönəldib. Nəticələrdə bir çox dindən iştirakçıların pul müqabilində din dəyişməyi qəbul etdiyi müşahidə olunub. İnsanlar təklif olunan 1000 dollar qarşılığında “niyə olmasın” cavabını verərək təklifi qəbul ediblər.

Lakin təcrübənin ən diqqətçəkən tərəfi müsəlman iştirakçılara verilən sual olub. Lili Cey bu dəfə müsəlmanlara “1000 dollar qarşılığında İslamı tərk edərsinizmi?” sualını verib. Sorğuda iştirak edən müsəlmanların hamısı bu təklifi düşünmədən rədd edib. Onlar inancın pula ölçülməyəcəyini, hətta 1 trilyon dollar təklif olunsa, belə bir qərarı qəbul etməyəcəklərini bildiriblər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər