Hər gün bir ədəd yeyin – Həkimə ehtiyac qalmasın
Diyetoloqların antioksidant tutumuna əsaslanaraq hazırladığı “Dünyanın ən sağlam 10 meyvəsi” siyahısı açıqlanıb. Siyahının ən diqqətçəkən sürprizi isə əncir olub. Limon, qaragilə və avokado kimi dünya miqyasında məşhur meyvələrlə yanaşı yer alan əncir yüksək lif tərkibi və sümükləri gücləndirən təsiri ilə “həyat iksiri” kimi qiymətləndirilir. Mütəxəssislər bildirir ki, təzə və ya qurudulmuş formada hər gün istehlak edilən incir hüceyrə zədələnməsinin qarşısını almaqda olduqca təsirlidir.
ERAmedia vücudu yeniləyən 10 möcüzəvi meyvəni təqdim edir:
1. Limon – Güclü C vitamini mənbəyi
Sitrus meyvələri ailəsinə aid olan limon təkcə yeməklərə dad qatmır. Tərkibindəki flavonoidlər sayəsində antibakterial və xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Təxminən 48 qram limon suyu gündəlik C vitamini ehtiyacının böyük hissəsini qarşılayır.
2. Çiyələk – Ürəyin dostu
Yüksək su tərkibi və aşağı kalorisi ilə seçilən çiyələk antosiyaninlə zəngindir. Bu maddə ürək sağlamlığını qoruyur və qan şəkərinin tənzimlənməsinə kömək edir.
3. Portağal – İmmun sisteminin qoruyucusu
Orta ölçülü bir portağal gündəlik C vitamini ehtiyacının təxminən 78 faizini təmin edir. Bundan əlavə, fol turşusu və B vitaminləri ilə sinir sistemini dəstəkləyir və qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir.
4. Qaragilə – Beyin və hüceyrə qoruyucusu
Güclü antioksidant olan bu meyvə sərbəst radikallarla mübarizə apararaq xroniki xəstəlik riskini azaldır. Tərkibindəki pterostilben maddəsi damar sağlamlığını qoruyur.
5. Alma – Lif və toxluq mənbəyi
Almadakı pektin lifi bağırsaq fəaliyyətini yaxşılaşdırır, qabığındakı kversetin isə qoruyucu təsir göstərir. Bu səbəbdən alma gündəlik rasionda mühüm yer tutur.
6. Nar – Super qidaların lideri
Narın antioksidant gücü bir çox meyvədən yüksəkdir. Oksidativ stressi azaldaraq diabet, ürək xəstəlikləri və piylənmə riskini aşağı salır. K vitamini ilə də sümük sağlamlığını dəstəkləyir.
7. Ananas – İltihab əleyhinə təsir
Tərkibindəki bromelain fermenti sayəsində iltihabı azaldır. Eyni zamanda, toxumaların bərpası üçün vacib olan manqanla zəngindir.
8. Avokado – Sağlam yağların mənbəyi
Tərkibi doymamış yağlarla zəngin olan avokado “yaxşı xolesterini” artırır, ürək-damar xəstəlikləri riskini azaldır. Tərkibində göz sağlamlığı üçün vacib olan lutein də var.
9. Banan – Enerji və kalium deposu
Fiziki aktivlik öncəsi ideal qida sayılan banan yüksək kalium tərkibi ilə təzyiqi tənzimləyir və həzmi yaxşılaşdırır.
10. Qara rəngli – Əncir
Təzə və ya qurudulmuş formada istifadə edilən əncir yüksək lif tərkibi ilə həzm sisteminə müsbət təsir göstərir. Kalsium və maqneziumla sümükləri gücləndirir, təbii şəkər mənbəyi kimi enerji verir. Tərkibindəki antioksidantlar isə hüceyrə zədələnməsinin qarşısını alır.
Mütəxəssislər gündəlik qidalanmada bu meyvələrə yer verilməsinin ümumi sağlamlığa müsbət təsir etdiyini vurğulayır.
Vüsalə









