"Hər insanın başı üçün deyil..." - Müğənnidən ŞOK SÖZLƏR
“Mən öz peşəmi mükəmməl bilirəm”.
ERAmedia xəbər verir ki, bu sözləri dəvət olunduğu verilişdə müğənni Şəbnəm Tovuzlu səsləndirib.
“Bildiyim üçün də deyirəm, hər insanın başı üçün deyil canlı ifanı xaricsiz, tərtəmiz, gözəl şəkildə oxuya bilsin”, – deyə o bildirib.
Müğənni bu sözləri ilə sənətkarları nəzərdə tutmadığını deyib:
“Bəziləri çıxıb efirdə çox “mən, mən” deyir. Onları çıxarın efirə, bir dəfə fonoqramsız oxusunlar. Nə var qışqırıb oxumağa… Mənə bəzən deyirlər, qışqırır. Onda bizim Xan əmi (Xan Şuşinskini nəzərdə tutur-red.) qışqırırdımı? Zil oxuyanlar var.
Gülyaz və Gülyanaq Məmmədova bacıları ən zil pərdədən, “Lya”dan “Segah” oxuyurlar. O səsin gözəlliyi orda var.
Mən ömrü boyu səsimi farset səsə salmamışam. Amma rəhmətlik müğənni Vidadi Bərdəli ömrü boyu farset səslə oxuyub. O qədər gözəl səslə oxuyub ki, bəmi də gözəl olub, zili də. Farset səsin möhürünü vuran elə Vidadi Bərdəli olub. Amma biz bu gün bunu edə bilmirik.
Mənim haqqımda danışanlar deməsinlər, qışqırır. Günahıma girirlər, haqqıma girirlər”.
Aparıcının onun haqqında “bu sözləri sənət adamları da deyirmi” sualına müğənni onların da dediyini açıqlayıb.
Vural Həsənoğlu









