media-17917056893611159424_1200x630

Təşkilatçılara, göstərdikləri dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Hər şey çox yüksək və ideal səviyyədə təşkil olunmuşdu.

ERAmedia xəbər verir ki, bu sözləri III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibi olan gürcüstanlı David Xarazişvili deyib.

O, dörd gün davam edən yarış ərzində hər mərhələdə birinci yeri tutaraq qalib gəldiyini xatırladıb: “192 kilometrlik məsafəni qət etmək mənim üçün bir ilk idi və kifayət qədər çətin keçdi. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Gələcəkdə də mütləq bu cür yarışlarda iştirak edəcəyəm”.


media-adspc

Bənzər xəbərlər